Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Futbolçular arasında anlaşma yox idi”



“Ağır oyun oldu. Topa istədiyimiz kimi sahib ola bilmirdik. Sona kimi mübarizə apardıq. Rəqib son ana kimi bizə rahat hərəkət etməyə imkan vermədi. Heyətdə çox dəyişiklik etmişdim. Bu oyunçular bir yerdə az çıxış ediblər. Ancaq onlardan razı qaldım. Ayxan Abbasova və komandasına gələcək oyunlarda uğurlar arzulayıram”.

Bu sözləri Topaz Premyer Liqasının 7-ci turunun “Zirə” ilə oyunundan sonra (0:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu gün komandasının real qol vəziyyəti yarada bilməməsinin səbəbi oyunçular arasında anlaşmanın yoxluğu olub: “Həm də bu, rəqibin oyunu ilə bağlı idi. Hər iki amil oyunumuza təsir etdi”.

Qurban Qurbanov millinin oyunlarına görə çempionatda yaranacaq fasilənin komandasıns təsir edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırıb: “Bu, yeni bir şey deyil. Həmişə olur. Əlimizdə 8-9 futbolçu qalacaq”.

“Ötən il ilk dövrədən sonra iki məğlubiyyətiniz var idi. İndi isə yanız bir heç-heçəniz var. Bu, “Qarabağ”ın gücündən xəbər verir, yoxsa rəqiblərin zəifliyindən?” Q.Qurbanovun bu suala cavabı belə olub: “Sadəcə, bu il heyətdə yetərincə oyunçumuz var. Keçən il keçirdiyimiz oyunlarda da zəif təsir bağışlamamışdıq. Ola bilsin, bu il daha hazırlıyıq”.

Baş məşqçi “Zirə” ilə matçda zədələnərək meydanı erkən tərk edən futbolçuları Kuba (Yakub Jezniçak) ilə bağlı bunları söyləyib: “Onunla bağlı hər şeyə sabah aydınlıq gələcək”. (Qol.az)


Facebook-da paylaş

Xəbəri paylaş