Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Atletika üzrə beynəlxalq memorialın ilk gününün nəticələri açıqlanıb

Atletika üzrə beynəlxalq memorialın ilk gününün nəticələri açıqlanıb
Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş tullanmalar üzrə XI Beynəlxalq Memorialın ilk gününün nəticələri açıqlanıb.
BrendSport.az xəbər verir ki, Respublika Olimpiya Mərkəzində keçirilən turnirdə Azərbaycan, Rusiya və Gürcüstan idmançıları iştirak ediblər.
Turnirdə 2002-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlarla yanaşı, kişilər də uzununa, üçtəkanla və yakut tullanmalarında mübarizə aparırlar.
Beynəlxalq turnirin ilk günündə üçtəkanla tullanma yarışında qızlar arasında azərbaycanlı atlet Sabrina Zralova (12.13m) birinci, Saxa Respublikasının idmançısı Valeriya Olesova (11.10m) ikinci, azərbaycanlı atlet Aysel Mexraliyeva (10.99m) isə üçüncü olub.
Oğlanlar arasında isə üçtəkanla tullanma yarışında birinci yerdə Çingiz İsrafilov (14.17m), Saxa Respublikasının atletləri Micil İllarionov (13.52) ikinci, Sergey Litkin (12.50) isə üçüncü yerdə qərarlaşıblar.
Kişilər arasında isə üçtəkanla tullanma yarışında azərbaycanlı atletlər Rüstəm Məmmədov (15.42) birinci, Hakim İbrahimov (15.22) ikinci, Saxa Respublikasının atleti Yakov Dimitriyev (14.91) isə üçüncü olub.
Bu gün isə yarışda yakut tullanmaları üzrə atletlər mübarizə aparacaqlar.


Facebook-da paylaş