Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub



Yanvarın 19-da Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Karate Federasiyasının dəstəyi və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə Bakı İdman Sarayında “Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi keçirilib. Turnir 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub.

BrendSport.az xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov qeyd edib ki, “Arpaçay Open” beynəlxalq turniri Bakıda artıq üçüncü dəfədir keçirilir: “İdman ölkəsi olan Azərbaycanda karatenin yüksək səviyyədə inkişafını xüsusi vurğulamaq istəyirəm. Böyük fəxrlə qeyd edərdim ki, karatenin Olimpiya Oyunlarının proqramına daxil edilməsində Azərbaycanın xüsusi rolu olub. Məhz karatenin Birinci Avropa Oyunlarında təmsil olunması onun Olimpiya proqramına salınması üçün bir təkan oldu. Dünyanın bir nömrəli karateçisi, beşqat dünya, on qat Avropa çempionu Rafael Ağayevdir. Bununla hər birimiz fəxr edə bilərik. Sevindirici haldır ki, turnirin nüfuzu getdikcə yüksəlir. Budəfəki yarışda iştirakçıların sayı 1100 nəfərə çatır. 10 xarici ölkənin komandası turnirdə medallar uğrunda mübarizə aparır”.

Daha sonra çıxış edən ikiqat dünya çempionu Füzuli Musayev, Karate Federasiyasının baş katibi Mirhəsən Seyidov, Gürcüstan Karate Federasiyasının prezidenti Kakha Basilia, Beynəlxalq Şotokan Kombat Karate Federasiyasının prezidenti Viktor Rabayev və başqaları karatenin inkişafında turnirin əhəmiyyətini qeyd ediblər. Bildiriblər ki, yarışın yüksək səviyyədə keçməsi üçün hər bir şərait yaradılıb.

Sonra yarışlar davam edib.

Ölkəmizdə üçüncü dəfədir təşkil olunan turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, İran, İsrail, Özbəkistan, Qazaxıstan, Ukrayna və Çexiyadan 1100-dək idmançı qüvvəsini sınayır.

Qeyd edək ki, yarışlara dünən start verilib. Turnirə sabah yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş