Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Liverpul”un yarımmüdafiəçisi Sadio Mane “Paris Sen-Jermen” ilə matçda çıxış etməyə bilər



“Liverpul” klubunun yarımmüdafiəçisi Sadio Mane xəstələndiyi üçün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda “Paris Sen-Jermen” ilə matçda iştirak etməyə bilər.

BendSport.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, seneqalli futbolçu son 24 saat ərzində özünü pis hiss edib. Oyunçunun matçda iştirakı ilə bağlı qərarın bir qədər gec qəbul ediləcəyi bildirilir.

“Paris Sen-Jermen”-“Liverpul” matçı noyabrın 29-da “Park de Prens” stadionunda oynanılacaq.

İyirmi altı yaşlı Mane hazırkı mövsümdə “Liverpul”un heyətində 14 matçda 7 qol vurub.


Facebook-da paylaş