Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək


VİDEO Bütün Xəbərlər

Canınızın dərmanı, həyatınızın və sağlamlığınızın tək ünvanı "Həyat Aptek"...
24 saat sizinlə!



“Araz-Naxçıvan”ın yeni transferi: “Komandamız Premyer Liqaya bu mövsüm yüksəlsə də, yaxşı çıxış edir”



“Araz-Naxçıvan” Premyer Liqaya bu mövsüm yüksəlsə də, yaxşı çıxış edir”.

BrendSport.az
xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın transferi Aksel Nqando klubun rəsmi saytına açıqlamasında deyib.

Fransalı yarımmüdafiəçi bu keçiddən məmnun olduğunu bildirib: “Yeni komandaya gəldiyimə görə şadam. Yaxşı mövsüm keçirməyi arzulayıram. Yeni müqavilə yeni ölkə, yeni çağırış və yeni təcrübə deməkdir. Çalışacağam ki, komandama faydalı olum, əsas heyətdə özümə yer edim”.

30 yaşlı oyunçu Premyer Liqanın VI turunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri görüşü izlədiyini söyləyib: “Neftçi” ilə matça baxdım, qələbə münasibəti ilə futbolçularımızı təbrik etdim. Ümid edirəm ki, bu komanda ilə çoxlu qələbələr, kubok və medallar qazanacağıq. Maraqlı kollektivimiz var”.

Qeyd edək ki, Aksel Nqando “Araz-Naxçıvan”la mövsümün sonuna qədər müqavilə bağlayıb.


Facebook-da paylaş

Xəbəri paylaş