Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”ın bütün rəqibləri bəlli oldu




“Qarabağ” Antalyada baş tutacaq qış təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirəcək. Ağdamlıların bütün rəqibləri və bu oyunların keçiriləcəyi tarixlər artıq məlum olub.
Azərbaycan çempionu ilk matçında yanvarın 17-si Rusiyanın “Kuban” klubu ilə qarşılaşacaq. Qurban Qurbanovun komandası yanvarın 20-si Polşanın “Lexiya” klubu ilə görüşəcək.
Yanvarın 25-də isə iki oyun olacaq. Həmin gün öncə Makedoniyanın "Şkupi", daha sonra isə Ukraynanın "Mariopul" klubları komandamıza rəqib olacaq. “Qarabağ”ın beşinci sınağı Bosniya və Hersoqovinanın "Sarayevo" komandasına qarşı olacaq. Son yoxlama matçında isə fevralın 3-ü Monteneqronun "Mladost" komandası rəqib olacaq.

Apasport.az


Facebook-da paylaş

Xəbəri paylaş