Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Taekvondo üzrə Göycay rayon acıq birinciliyi



Son zamanlar demək olar ki, idmanın bütün növləri üzrə rayon birincilikləri keçirilir. Bu cür turnirlərin təşkil olunması gələcək idman qəhrəmanlarının yetişməsi üçün çox vacib şərtlərdəndir.

Belə yarışların təşkil olunmasında rayon gənclər və idman idarələrinin və olimpiya idman komplekslərinin xidmətlərini xüsusi qeyd etmək lazımdır.

Bu gün Göyçayda açılışı olan turnir də bu xüsusiyyətlərinə görə önəmli hesab oluna bilər.

BrendSport.az saytı xəbər verir ki, taekvondo idman növü üzrə Göycay rayon acıq birinciliyi kecirilir. Qeyd edək ki, turnir Göycay rayon Gənclər və İdman İdarəsi və Göycay Olimpiya İdman Kompleksi tərəfindən təşkil olunub. Yarışda 15 kamandadan 200-ə yaxın idmançı iştirak edir.

Göycay taekvondo məktəbinin məşqçisi Kazım Kazımov turnir barədə fikirlərini bizimlə bölüşdü:
-Rayonumuzda taekvondonun ikşafı bu kimi yarışların təşkil etməsinı imkan verir. Çox sağ olsun rayon rəhbərliyi, hər an bizə dəstəkdir. Xüsusi vurqulamaq istəyirəm ki, Göycay Gənclər və İdman idarəsi ilə Göycay Olimpiya Mərkəzinə. Biz də belə yarışların təşkil olunmasında maraqlıyıq. Çünki əsl döyüşçülər bu cür yarışlarda formalaşır. Bir də bu yarışda bizə dəstək olanlara öz minnatdarliqimi bildirirəm. Belə yarışlar gələcək çempionların yetişdirir.

Alxas Məmmədov








Facebook-da paylaş

Xəbəri paylaş