Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




"Həmin məğlubiyyət yaddan çıxmayıb" - Qurban Qurbanov



"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XIII turunda "Keşlə"yə evdə 5:1 hesabıyla qalib gəldikləri görüşdən sonra mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlcə matçı dəyərləndirib.

- Komandamı tərbik edirəm. Vacib 3 xal qazandıq. Bir komandaya bu qədər qol vurmaq asan deyil. Tərlan Əhmədovun gəlişindən sonra "Keşlə"nin oyununda yaxşılığa doğru dəyişikliklər var. İlk hissədə çox yaxşı qol imkanlarımız oldu. Ancaq istifadə edə bilmədik. Bəzən qol imkanlarından çox çətin istifadə edirsən. Oyuna eyni aqressiya ilə başladıq. Ancaq rahat qol buraxdıq. Qapımızda bir real qol vəziyyəti oldu, bu da qolla nəticələndi. İstənilən komanda istənilən rəqibə 3-4 qol vura bilər. Bu, bizdə alındı. Belə hesabın komandaya faydası olar.

- Bu qələbə "Sportinq"ə məğlubiyyətdən sonra bir az toparlanmağa imkan verir? Yəni həmin məğlubiyyətin əvəzini çıxdığını demək olar?

- Düşünmürəm ki, bu, əvəz olsun. Həmişə çempionatla Avroliqaya fərqli yanamışam. Həmişə çalışıram ki, ilk növbədə yaxşı oyun göstərək, sonra nəticə qazanaq. Həqiqətən çox ağır məğlubiyyət olmuşdu. Nə qədər desək də, həmin məğlubiyyət yaddan çıxmayıb. Meydana 1:6-nın əvəzini çıxmaq üçün yox, qələbə haqda düşünərək çıxmışdıq.

- Bu iki nəticə liqalar aarsında uçurumdu, yoxsa?..

- Uçurum deməzdim. Sadəcə, liqalar arasında fərq böyükdü. "Sportinq" hər il qrupda oynayan, təcrübəsi böyük olan komandadı. Çox fərq var deyə fərqləndirmək istəməzdim. Hamımız bir-birmizə hörmətlə yanaşmalıyıq. Bizim çempionatla Portuqaliya çempionatı arasında fərq böyükdü. Həmin gün qapımıza bütün zərbələr qolla nəticələndi.

- Oyunun 1 gün sonraya keçirilməsi püşkatmayla bağlı idi, yoxsa komandanın yorğunluğuyla?

- Sırf püşkatmayla."Keşlə"nin prezidenti Zaur Axundova zəng edib xahiş etdik ki, baş məşqçi Tərlan Əhmədovla məsləhətləşərək oyunu 1 gün sonra keçirək. Sağ olsunlar ki, hörmətlə yanaşdılar, təşəkkür edirəm.

- Püşkatmada AFFA prezidenti Rövnəq Abdullayevlə futbolumuzdakı son durum müzakirə olundumu?

- Buna o qədər də çox vaxt olmadı. Çnüki AVRO-2020-ni qəbul edən ölkələrdən biri olduğumuza görə görüşləri vardı. Ancaq Rövnəq müəllimlə püşkatmadan əvvəl ümumi söhbətimiz oldu. Futboldan danışdıq, başqa bir şey müzakirə mövzusu ola bilməzdi.

- AVRO-2020-də minimum hədəf neçə xal toplamaq olacaq?

- Bu gün səhər gəlmişəm. Nə qədər desək də, tanış ölkələrdi, futbol Avropada çox sürətlə inkişaf edir. Rəqiblərimizlə daha yaxından maraqlanmalı, çox məlumat toplamalıyıq. Stabil nəticə vermək üçün öz oyununu yaxşılaşdırmalısan. Rəqiblərlə tam yaxından tanış olandan sonra daha çox fikir bildirə bilərəm. Ancaq hər oyunda maksimum nəticə qazanmaq üçün çıxmalıyıq. Hər bir qalibiyyət bizə faydalıdı. (sport24.az)


Facebook-da paylaş