Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan yığmasına Barselonadan iki futbolçu çağırıldı

Azərbaycan yığmasına Barselonadan iki futbolçu çağırıldı

15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq. Yığmamız oktyabrın 24-dən 27-dək hazırlıq keçəcək.

Millimizin toplanışı Bakıda gerçəkləşəcək. Hazırlıq prosesinə 24 oyunçu çağırılıb. Onlardan dördü ölkə xaricində çıxış edir. İki oyunçu İspaniyanın Barselona şəhərinin fərqli klublarında, ikisi isə İsveç komandalarının üzvüdü.

Toplanışda Cavid Qurbanov, Gülağa Əsədov (hər ikisi “Neftçi”), Cəlal Hüseynov, Mirzəbəy Şahbazov, Vüsal Əliyev (hamısı “Zirə”), Rəşad Həsənov, Əli Tağıyev (hər ikisi “İnter”), Fərrux Fərzəliyev, Rəhim Cəfərli, Elvin Abdullayev, Bəhruz Tanrıverdiyev (hamısı “Vətən”), Alı Alı (“Sumqayıt”), Kənan Kərimov (“Turan-Tovuz”), Mirismayıl Rəhimov (“Qarabağ”), Ülvü Mədətov, Vüsal Mirzəzadə, Rauf Rüstəmli, Taleh Qarayev, Kamal Kazımov, Mehrac Baxşəliyev (hamısı “Qəbələ”), Pənah Rüstəmzadə (“Berqsyo”, İsveç), Ayxan Cabbarov (“Savedalens”, İsveç), Vüsal Qəmbərov (“Texnofutbol”, Barselona, İspaniya), Eldar Tağızadə (“Neurofutbol”, Barselona, İspaniya) iştirak edəcək.

Apasport.az


Facebook-da paylaş

Xəbəri paylaş