Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan velosipedçisi Tokio Olimpiadasına üç lisenziya xalı qazanıb



Türkiyədə keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Mesopotamia” yarışına yekun vurulub.

BrendSport.az xəbər verir ki, dörd mərhələdən ibarət velotur elit yığma komandamızın üzvü Elçin Əsədov üçün uğurlu olub. Mərhələlərdə müvafiq olaraq, 11-ci, 10-cu, 13-cü və 29-cu olan təmsilçimiz ümumi təsnifatda 10-cu yeri tutub. Velosipedçimiz bu göstərici sayəsində Tokio Yay Olimpiya Oyunları üçün ölkəmizin aktivinə üç lisenziya xalı yazdırıb.

Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar bu ilin oktyabrınadək davam edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş