Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Ayı güclüdür. O, əsl idmançıdır"



Rüstəm Səfərli 30 aprel 2014-cü ildə Xırdalan şəhərində anadan olub. Xırdalan şəhərindəki 23 saylı "Solnışka" baxcasına gedir. Aybəniz xanımın rəhbərliyi ilə bu bağça şəhərdəki nümunəvi bağçalar sırasında özünə yer tutub.

Bağçada Rüstəmin təlim tərbiyyəsi ilə Günay və Natəvan müəllimə məşğul olur. Şəriyyə və Şamama nənələrin də onun təlim-tərbiyəsində böyük rolu var. Rüstəm öz hazırcavablığı ilə seçilir. Yaxşı şeir deyir. Rüstəm idmanı da çox sevir.

- Rüstəm idmanı sevirsənmi?

- Hə. Mənim sevimli qəhrəmanım ayıdır.

- Niyə bəs, ayı?

- Ayı güclüdür. O, əsl idmançıdır.

- Bəs hansı idman növü sevirsən?

- Futbolu. Orda hamı qaçır. Top isə birdənədi. Biz də oynuyuruq. Amma topumuz tez itir. Onunla da oyun qurtarır.

- Rüstəm, futbolda hansı komandaları tanıyırsan?

- Qaradağı.

- Qarabağ demək istədin yəqin.

- Bəli, əmi, çaşdım e.

- Rüstəm, nə arzun var ?

- Yekə bir topum olsun. Bir də böyüklər o topu məndən almasınlar.

- Bağça necədi, Rüstəm ?

- Əla. Qabaq ağlayırdım. Amma indi çox maraqlıdır. Günay müəllimə çox yaxşı müəllimədir.

- Şeir bilirsən?

- Ay pipiyi qan xoruz..... ardı yadımdan çıxdı. Olar sabah danışım?

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş