Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ən çox maaş alan məşqçilər: birinci kimdi?




Ən yüksək məvacib alan futbol məşqçilərinin adları açıqlanıb. Siyahıya italiyalı çalışdırıcı Marçello Lippi başçılıq edir.

Çin yığmasına rəhbərlik edən Lippinin illik maaşı 18 milyon funt-sterlinqə bərabərdi.

Siyahıda ikinci pillədə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola qərarlaşıb – 15,3 milyon funt-sterlinq. İlk “üçlüy”ü isə “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyo tamamlayır. Portuqaliyalı məşqçinin illik məvacibi 15 milyon funt-sterlinqdi.
“Top-15”də İngiltərə Premyer Liqasında çalışan ümumilikdə 7 məşqçi yer alıb. Qvardiola və Mourinyo ilə yanaşı, Arsen Venger (“Arsenal”), Yurgen Klopp (“Liverpul”), Antonio Konte (“Çelsi”), Maurisio Poçettino (“Tottenhem”) və Rafael Benitesin (“Nyukasl”) də adı həmin siyahıdadı.

Apasport.az


Facebook-da paylaş

Xəbəri paylaş