Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AFFA-nın icraçı vitse-prezidenti Gəncədə futbol ictimaiyyətinin nümayəndələri ilə görüşüb

AFFA-nın icraçı vitse-prezidenti Gəncədə futbol ictimaiyyətinin nümayəndələri ilə görüşüb


Bölgələrə səfər çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədov noyabrın 16-da Gəncədə olub.
BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və futbol veteranı Vəli Qasımovla birgə Elxan Məmmədov aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb, uşaqlara assosiasiya tərəfindən idman geyimləri və toplar hədiyyə olunub.
Ardınca E.Məmmədov Gəncə şəhərinin futbol ictimaiyyətinin nümayəndələri ilə görüşüb, futbolun inkişafı, bölgələrdə kütləviliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
AFFA-nın icraçı vitse-prezidenti daha sonra Gəncə şəhərində assosiasiya tərəfindən inşa olunacaq Futbol Akademiyasının tikiləcəyi əraziyə, həmçinin süni örtüklü meydançanın quraşdırılması planlaşdırılan sahəyə baxış keçirib.
E.Məmmədov Birinci Divizionun VIII turu çərçivəsində Gəncə şəhər stadionunda keçirilən “Kəpəz”–“Turan Tovuz” oyununu da izləyib.


Facebook-da paylaş

Xəbəri paylaş