Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan və Lüksemburq milliləri arasında keçiriləcək oyunu idarə edəcək hakimlər açıqlanıb

Azərbaycan və Lüksemburq milliləri arasında keçiriləcək oyunu idarə edəcək hakimlər açıqlanıb


Azərbaycan və Lüksemburq milliləri arasında keçiriləcək dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.
BrendSport.az xəbər verir ki, qarşılaşma avstriyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Manuel Şhuettengruber olacaq. Ona Roland Brandner və Robert Steinaçer kömək edəcək. Yulian Vaynberger dördüncü hakim qismində yardımçı olacaq. Videoköməkçi hakimlər isə Harald Lexner və Sebastyan Gishamer təyin ediliblər.
Serbiyalı Milan Karaciç hakim-inspektor, ukraynalı Yuri Barbaş FIFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Lüksemburq matçı saat 21:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş