Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şirvanda qazilərin Paralimpiya Hərəkatına cəlb edilməsi məqsədilə görüş olub

Şirvanda qazilərin Paralimpiya Hərəkatına cəlb edilməsi məqsədilə görüş olub


Oktyabrın 6-da Şirvan Olimpiya İdman Kompleksində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş qazilərin Paralimpiya Hərəkatına cəlb edilməsi ilə bağlı görüş olub.
BrendSport.az Azərbaycan Milli Paralimpiya Komitəsinə (AMPK) istinadla xəbər verir ki, görüşdə Vətən müharibəsində şücaət göstərmiş qazilər Qəmbər Salayev, Həbib Səlhəngov, Fuad Dadaşov, Pərvin Əhmədov və Yusif Əsədov, komitənin idman şöbəsinin müdiri Rauf Mürsəlov, ikiqat Paralimpiya çempionu, atletika üzrə milli komandanın baş məşqçisi Oleq Panyutin və digərləri iştirak ediblər.
R.Mürsəlov qazilərə Paralimpiya Hərəkatı, yay və qış idman növləri haqqında ətraflı məlumat verib. Bildirib ki, müharibə zamanı əlil olan şəxslər AMPK-nın milli komandalarının tərkibində müxtəlif idman növləri ilə məşğul olaraq ölkəmizi beynəlxalq arenada uğurla təmsil edirlər.
O.Panyutin qazilərə Paralimpiya Hərəkatına qoşularaq həm peşəkar idmanla məşğul ola, həm də üçrəngli bayrağımızı beynəlxalq arenalarda dalğalandıra biləcəklərini qeyd edib.
Görüşün sonunda Qarabağ qaziləri Paralimpiya Hərəkatına qoşularaq ölkəmizi beynəlxalq arenalarda idman vasitəsilə təmsil etməyə hazır olduqlarını vurğulayıblar.
AMPK-nın üzvlərinin Qarabağ qaziləri ilə artıq bir sıra görüşləri olub. Belə görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.


Facebook-da paylaş

Xəbəri paylaş