Faydalı saytlar


Reklam



“Krasnodar”ın yetirməsi olan Ruslan Pidlisnyak karyerasını Azərbaycanda davam etdirməyə yaxındır

“Krasnodar”ın yetirməsi olan Ruslan Pidlisnyak karyerasını Azərbaycanda davam etdirməyə yaxındır


“Krasnodar”ın yetirməsi olan Ruslan Pidlisnyak karyerasını Azərbaycanda davam etdirməyə yaxındır. Əslən azərbaycanlı olan futbolçu Bakının “Sabah” klubunun maraq dairəsindədir.
BrendSport.az xəbər verir ki, “Krasnodar” futbol akademiyasından ayrıldıqdan sonra “Maşuk-KMV”də çıxış etmiş 20 yaşlı hücumçu hazırda klubsuzdur. Komanda axtarışında olan forvarda “Sabah” təklif göndərib. Hücumun sivri ucunda və sağ cinahda da oynamağı bacaran Pidlisnyakla şərtlər razılaşdırılarsa, onun “Sabah”la müqavilə imzaayacağı ehtimal edilir.


Facebook-da paylaş