Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şahmatçılarımız dünya kuboku yarışlarının final mərhələsində mübarizə aparacaqlar

Şahmatçılarımız dünya kuboku yarışlarının final mərhələsində mübarizə aparacaqlar


Avqustun 26-da şahmat üzrə onlayn dünya kuboku yarışlarının final mərhələsi start götürəcək.
BrendSport.az xəbər verir ki, 10, 12, 14, 16, 18 yaşlı oğlanlar və qızlar arasında keçiriləcək nüfuzlu yarışın həlledici mərhələsində Azərbaycan şahmatçıları da güclərini sınayacaqlar.
On yaşadək oğlanların yarışında Xaqan Əhməd, on iki yaşlılarda Cahandar Azadəliyev turnirin seçmə yarışında birinci yeri tutduqlarına görə, finala vəsiqə əldə ediblər. Xəzər Babazadə 16 yaşadək şahmatçılar arasında beşinci, Ayan Allahverdiyeva və Gövhər Beydullayeva 18 yaşadək şahmatçıların yarışında üçüncü və yeddinci yerləri tutduqlarına görə finalda mübarizə aparmaq hüququ qazanıblar.
Dünya kuboku yarışlarının seçmə mərhələsində hər yaş qrupunda ilk 10 yerin sahibi final mərhələsində iştirak edəcəklər.
Turnirin final mərhələsi avqustun 31-dək davam edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş