Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tokio Olimpiadasında uğurla çıxış edən Azərbaycan güləşçiləri Vətənə qayıdıblar

Tokio Olimpiadasında uğurla çıxış edən Azərbaycan güləşçiləri Vətənə qayıdıblar


“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan güləşçiləri avqustun 12-də Vətənə qayıdıblar.
BrendSport.az xəbər verir ki, Olimpiadada uğurla iştirak edən idmançılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri gül-çiçəklə qarşılayıblar.
Tokio Olimpiadasına 44 idmançı ilə qatılan komandamız dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb.
Gümüş medalı ölkəmizin aktivinə sərbəst güləşçi Hacı Əliyev (65 kq) yazdırıb. Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurublar.
Karateçilərimizdən Rafael Ağayev (kumite, 75) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar.
Komandamızın digər bürünc medallarını cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) qazanıblar.
Azərbaycanın Olimpiya komandası medalların sayına görə 33-cü, əyarına görə isə 67-ci sırada qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş