Əsas Səhifə > Maraq > Tokio Olimpiadasında uğurla çıxış edən Azərbaycan güləşçiləri Vətənə qayıdıblar
Tokio Olimpiadasında uğurla çıxış edən Azərbaycan güləşçiləri Vətənə qayıdıblar12-08-2021, 12:30 |
“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan güləşçiləri avqustun 12-də Vətənə qayıdıblar. BrendSport.az xəbər verir ki, Olimpiadada uğurla iştirak edən idmançılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri gül-çiçəklə qarşılayıblar. Tokio Olimpiadasına 44 idmançı ilə qatılan komandamız dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb. Gümüş medalı ölkəmizin aktivinə sərbəst güləşçi Hacı Əliyev (65 kq) yazdırıb. Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurublar. Karateçilərimizdən Rafael Ağayev (kumite, 75) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar. Komandamızın digər bürünc medallarını cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) qazanıblar. Azərbaycanın Olimpiya komandası medalların sayına görə 33-cü, əyarına görə isə 67-ci sırada qərarlaşıb. Geri qayıt |