Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kərim Benzema Avropa çempionatları tarixində ən tez dubl edən ikinci futbolçu olub



BrendSport.az xəbər verir ki, "Avro-2020"nin səkkizdəbir final mərhələsi çərçivəsində Rumıniyadakı Buxarest Milli Stadionunda İsveçrə seçməsi ilə oyunda dubl etmək üçün fransalı futbolçuya 103 saniyə lazım olub.

Siyahıya isveçli futbolçu Henrik Larsson başçılıq edir. Belə ki, Larsson 2004-cü ildə Portuqaliyada təşkil olunan Avropa çempionatında Bolqarıstan millisi ilə oyunda 71 saniyəyə dubl edib.

Qeyd edək ki, Fransa-İsveçrə oyununun əsas vaxtı 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda da qalib müəyyənləşməyib. Penalti seriyasını dəqiq yerinə yetirən İsveçrə millisi (5:4) Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib.


Facebook-da paylaş

Xəbəri paylaş