Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


Formula 1: 2021-ci ilin təqviminə 23 mərhələ daxil edilib

Formula 1: 2021-ci ilin təqviminə 23 mərhələ daxil edilib


Formula 1 komandalarının rəhbərləri Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todt ilə 2021-ci il mövsümünün təqvimini müzakirə etmək üçün Portimaoda görüşüblər.
BrendSport.az xəbər verir ki, 6 saat davam edən görüşdə bir sıra məsələlər, o cümlədən qənaət yolları, büdcə məhdudiyyətləri, yeni qaydalar, eləcə də növbəti mövsüm üçün təqvim müzakirə edilib.
Layihə təqvimində 23 mərhələ yer alıb. Bununla belə, Formula 1 mövsümünün 2020-ci ildə olduğu kimi - qrafikə uyğun olaraq keçirilməsi baş tutmayacağı təqdirdə ehtiyat plan yoxdur.
Qeyd edək ki, ilk yarışın tarixi və yeri də artıq məlumdur. Belə ki, ilk yarış martın 21-də Melburnda baş tutacaq. Mövsümün Avropa hissəsi mayın 9-da Barselonadakı yarışla açılacaq. Bakıda keçiriləcək Azərbaycan Qran-Prisi isə bu yarışdan 4 həftə sonra baş tutacaq.


Facebook-da paylaş