Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Çin bu il iki Formula 1 yarışına ev sahibliyi edə bilər

Çin bu il iki Formula 1 yarışına ev sahibliyi edə bilər


Şanxay beynəlxalq avtodromu bu il iki Formula 1 yarışına ev sahibliyi edə bilər.
BrendSport.az “The Race” nəşrinə istinadla xəbər verir ki, ilkin təqvimə görə, Çin Qran-Prisi aprelin 19-da təşkil olunmalı idi. Ancaq koronavirus pandemiyası səbəbindən yürüş qeyri-müəyyən vaxta təxirə salınmışdı.
Hazırlanmış yeni təqvimə görə Çin Qran-Prisi oktyabrın 4-nə nəzərdə tutulub. Meksika və Braziliyada epidemioloji vəziyyətin gərginliyini nəzərə alan Formula 1 rəhbərliyi oktyabrın 11-nə planlaşdırılan Yaponiya Qran-Prisinin təşkilinin sual altında olduğu üçün həmin tarixdə Çində ikinci yürüşün keçirilməsini istəyir. Artıq tərəflər arasında bu istiqamətdə danışıqlar gedir.


Facebook-da paylaş