Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Ata ilə baxanda o mənə şkolad alır”



Şirinzadə Nişanə Mənsur qızı 2010-cu ildə Sumqayıt şəhərində anadan olub. 2015-ci ildə Uşaq və Yeniyetmələrin Hazırlıq Mərkəzində Tünzalə müəllimənin köməyliyi ilə Əlifbanı öyrənib.

BrendSport.az saytı xəbər verir ki, sinfin ən fəal şagirdi olduğu üçün elə 5 yaşından bir çox şəhərdə keçirilən Novruz şənliyi, 20 yanvar, Xocalı faciəsi, Bayraq günü tədbirlərində şeir söyləməklə iştirak edib.

Bununla yanaşı, 2015-ci ildə ilk dəfə olaraq “DTV” kanalında Xocalı şəhidlərmizin xatirəsinə həsr olunmuş verilişdə şeir söyləyib.

Hazırda Sumqayıt Şəhər 21 saylı tam orta məktəbdə Könül müəllimənin sinfində dərs alır. Həmçinin Aygün müəllimin təşkil etdiyi kursda da ingilis dilini öyrənir.

Balaça Nişanənin bir hobbisi var. O da futboldur. Atası ilə futbola baxmağı çox sevir. Onunla futbol haqqında maraqlı söhbətimiz oldu.

- Nişanə futbolu çox sevirsən?

- Hə, bu oyun maraqlıdır. Ata ilə baxanda o mənə şkolad alır.

- Şkoladı hər oyun alır?

- Yox, atanın komandası udanda.

- Hansı komandanı tanıyırsan?

- “Qarabağ”. O komanda harasa gedib cıxmışdı. Ata da mənə şkolad aldı.

- Hansı futbolçunun adın bilirsən?

- Nihad. O, mənim qardaşımın adıdır.

- Nişanə, bizim futbolcular yaxşıdır yoxsa xarici?

- Bizimkilər, amma xaricilər çox sürətli qacırlar.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi



Facebook-da paylaş

Xəbəri paylaş