Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Robinyo zorlamada ittiham olundu və 9 illik həbs cəzası aldı



Milan məhkəməsi Braziliya millisinin keçmiş hücumçusu Robinyo haqqında həbs qərarı verib. Buna səbəb futbolçunun zorlamada təqsirləndirilməsidir.

İddia olunur ki, o, “Milan”da çıxış edərkən digər 5 nəfərlə birlikdə diskotekalardan birində Albaniya vətəndaşı 22 yaşlı gənc qızı zorlayıblar. Hadisə 2013-cü ildə baş verib.

Bu gün baş tutan məhkəmə iclasında isə futbolçu haqqında 9 illik həbs qərarı çıxıb. Hazırda vətəni Braziliyada “Atletiko Mieyro”da çıxış edən 33 yaşlı hücumçunun appelyasiya şikayəti vermək hüququ var.

Qeyd edək ki, Robinyo karyerası ərzində “Santos”, “Real Madrid”, “Maneçster Siti” və “Milan” kimi klubların formasını geyinib. O, Braziliya millisi ilə 100 oyunda meydana çıxıb və 28 qola imza atıb.


Facebook-da paylaş

Xəbəri paylaş