Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Şəhid idmançı



Babayev Müşviq Adil oğlu 1971-ci ildə Şamaxı rayonunda anadan olub. Şamaxı 6 sayli orta məktəbin bitirib. Orta məktəbdə oxuyarkən idmanla məşğul olmağa başlayıb. Xarakterinə görə, çox güclü və prinsipial bir idmançı olub.

BrendSport.az saytı xəbər verir ki, müəllimlərinin və idmançı dostlarının rəğbətini qazananan Müşviq, qısa bir müddətdə ağır atletika üzrə yarışlara qatılır. Müxtəlif yarışların qalıbi olur.

Rayon, respublika, hətta kecmiş SSRİ-nin müxtəlif bölgələrində keçirilən yarışların qalıbi olur. SSRİ idman ustası adını qazanır. Sonralar da bir neçə dəfə Azərbaycan cempionatlarına qatılaraq qalıb olur.

Vətənin ağır günlərində birinci Qarabağ müharibəsinə qatılır. O vaxtkı "OMON" qrupunun komandiri olub. Şəxsi igidliyinə görə hərbi rəhbərlik arasında fərqlənir. Bir çox uğurlu əməliyyatlarda iştirak edir.

Vətənini sevən idmançı Qarabağda ermənilərə qarşı amansızcasına vuruşur. 1992-ci ildə Cıldıran yuksəkliyində gedən döyüşlərdə həlak olur. Şəxsi hərbi əşyaları Şamaxı Tarix-Diyarşunaslıq Muzeyində saxlanılır. Şəhidlər Xiyabanında dəfn olunub. Şəhidin Saleh adlı oğlu var.

Salehin dediylərindən:

- Mənim atam şəhidir. Bundan uca ad ola bilməz. Bu torpaq üçün atam canından kecib. Allah bütün səhidlərmizə rəhmət eləsin.

Alxas Məmmədov







Facebook-da paylaş