Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



YAP-ın 25 illiyinə həsr olunmuş “Qarabağ” kuboku başa çatdı



17-18 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və BrendSport.az saytının təşkilatçılğı ilə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə və “Qarabağ” futbol klubunun Avropa arenasında əldə etdiyi nailiyyətlərə dəstək olaraq media əməkdaşları və incəsənət nümayəndələri arasında mini futbol turniri – “Qarabağ” kuboku keçirilib.

BrendSport.az saytı xəbər verir ki, turnir Şağan Olimpiya İdman Kompleksində baş tutub.

Açılış mərasimində Gənclər və İdman Nazirliyinin rəsmiləri, televiziya kanallarının çəkiliş qrupu və estrada ulduzlarının iştirakı ilə konsert proqramı keçirilib.

Açılışda Gənclər və İdman Nazirliyinin əməkdaşları Fikrət Hüseynov və Aydın Məmmədov, YAP üzvü, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və tədbirin təşkilatçılarından olan ADBTİA-nın əməkdaşı, FİFA referisi Anar Salmanov çıxış edərək Yeni Azərbaycan Partiyası və “Qarabağ” FK haqqında fikirlərini bölüşmüşlər.

Rəsmi açılışı mərasimindən və konsert proqramından sonra “Qarabağ” kuboku start götürüb.

Turnirdə 11 komandanın iştirakı nəzərdə tutulsa da, 3 komandanın qatılmaması üçün onlara texniki məğlubiyyət verilib. Püşkatma mərasimindən sonra digər komandaların iştirakı ilə reqlamentə uyğun olaraq həyata keçirilib.

Turnirdə bütün görüşləri qələbə ilə başa vuran “ATV” kanalının komandası I yerə layiq görülüb.
II yeri Bədən Tərbiyəsi və İdman Akademiyasının qiyabi şöbəsinin tələbələri və BrendSport.az saytının birgə komandası tutub.
III yeri isə “Lider” televiziyasının komandası layiq görülüb.

Qeyd edək ki, turnirdə “Ən yaxşı qapıçı” adına İlkin İmanov və “Ən yaxşı oyunçu” adına Səlim Abbasov layiq görülüb. Turnirin bombardiri isə İslam Mehrəliyev olub.

Onu da nəzərinizə çatdıraq ki, turnirdə qalib olan komandalara Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi hazırlanmış diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Xatırladaq ki, tədbirin baş sponsoru “NİCOS”, sponsorları “Bello”, “Limodad”, “Lion” enerji, “Vitr fitnes”, “Ontop” “Gənclik Mall” bolinq mərkəzi, “Coca Cola”, “Payım” ət məhsulları, “Ləzzət” kulinariya olmuşdur.

Bütün sponsorlarımıza, eyni zamanda təşkilatçılıqda etdiyi köməkliyə görə ADBİA-nın qiyabi şöbəsinə və oranın tələbələri olan könüllülər Rəşad Atayevə, Kamran Ağalarova, İsmayıl Mamedova, Əliqulu Məmmədova, Azad Qənbərova, Camal Abdullayevə və Rüfət Qasımova öz mənnətdarlığımızı bildiririk.
























Facebook-da paylaş

Xəbəri paylaş