Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü” qeyd olundu



“18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü” münasibəti ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 18 oktyabr 2017-ci il tarixində saat 12.00-da Şamaxı rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində hərbi xidmətdə olan gənclərlə mədəni-kütləvi konsert tədbiri keçirildi.





BrendSport.az saytı Gənclər və İdman idarəsinə istinadən xəbər verir ki, keçirilən tədbirə 60 nəfərə yaxın zabit, gizir və əsgər heyyəti cəlb edilmişdir.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov da iştirak edirdi. Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənildi.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov və N-saylı Hərbi hissənin zabiti, kapitan Vüqar Quliyev çıxış etdilər. Rəsmi hissə bitdikdən sonra tədbirin bədii hissəsi davam etdirildi.





Aparıcı Nuranə Andranova ardıcıllıqla respublikanın tanınmış gənc istedadlı müğənlilərini səhnəyə dəvət etdi. Belə ki, müğənlilər Nəcəfquluzadə Nəcəf Nazim oğlu, Sultanova Sunay Əli qızı, Cəfərov Vüqar Şahin oğlu, Seyidov Azad Azər oğlu və Musayeva Aygün Aydın qızı öz rəngarəng konsert proqramlarını zabit, gizir və əsgər heyətinə təqdim etdilər.

Tədbir ərəfəsində Gənclər və İdman Naziri cənab Azad Rəhimovun adından hazırlanmış Fəxri Fərmanlar və qiymətli hədiyyələr (idman avadanlıqları, idman geyimləri, qol saatı) hərbi hidmətdə fərqlənən zabit və əsgərlərə təqdim olundu. Bununla yanaşı Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən hazırlanmış Fəxri Fərmanlar da iştirakçı müğənlilərə təqdim edildi.





Facebook-da paylaş