Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İdman tarixinə öz möhürünü vuran insan - Oleq Krapivin



İnsanlar yaddaşlarda gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurlar. Böyük xeyriyyəçi, qayğıkeş insan, Oleq Krapivin da bu qəbildən olan insanlardandır.

BrendSport.az xəbər verir ki, xeyriyyəçi Oleq Krapivin deyir ki, insanın daxildə olan Vətən sevgisi istər-istəməz onu əməyə, işgüzarlığa yönəldir. O, gənc yaşlarından bu fikirdə olduğunu deyir. Azərbaycan idmançısı, sərbəst güləş üzrə Azərbaycanın və SSRİ-nin əməkdar məşqçisi, əməkdar idman ustası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu məzunu, 14 dəfə Azərbaycan çempionu, veteranlar arasında dünya çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuşdur.

Fəxri bədən tərbiyəsi və idman işçisidir. Hazırda Kiyevdə yaşayır. Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elmi-Mədəni, İdman Mərkəzinin təsisçisi, Ümum- ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəridir.

Şamaxı Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə dünya çempionu Oleq Krapivinin şərəfinə dəfələrlə beynəlxalq turnir keçirilir. Sonuncu, sayca 4-cü dəfə təşkil olunan yarışda respublikanın 32 rayon və şəhərindən, o cümlədən Ukraynadan ümumilikdə sərbəst güləş üzrə 300-ə yaxın yeniyetmə idmançı iştirak edib.

Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev bölgələrdə bu cür yarışların təşkilinin güləşin kütləviliyinə xidmət etdiyini bildirib.

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş