Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Blatter və Bekkenbauer haqda şok iddia: Obamaya zəng edərək...



"DÇ-2022"nin Qətərə verilməsinin ardından üzə çıxan spekulyasiyalar bitmək bilmir.

Son olaraq mövzu ilə bağlı yazılan bir kitab, Qətərin qazandığı ev sahibliyinin dəstəklənməsi ilə bağlı hər kəsi dəhşətə gətirəcək iddialar irəli sürüb.

Məsələni uzun müddətdi araşdıran avstraliyalı Bonita Mersiyades, sonuncu kitabında 2022-ci il Dünya çempionatının ev sahibinin müəyənləşdirilməsi zamanı FIFA-da böyük qalmaqalların baş verdiyini ortaya qoyub.

Mersiyades, kitabda həmin dövrdəki FIFA başqanı Zepp Blatterin səsverməni Qətərin qazanacağını öncədən bildiyini və bu haqda digər namizəd ölkə olan ABŞ-ın sabiq prezidenti Barak Obamaya telefonla məlumat verdiyini yazıb.

Bundan başqa kitabda "Qatari TV" adlı televeziya şirkətinin FIFA-ya səsverməni qazanacağı təqdirdə 100 milyon dollar məbləğində pul verdiyini bildirirb. Ancaq sonrasında Blatterin yarışı Qətərdən almaq üçün cəhd etdiyi, ancaq Mohamed ibn Hammamın 2011-ci ildə FIFA-ya prezidentliyə namizədlikdən çəkilməsi qarşılığında bu mübarizədən vaz keçdiyi yazılıb.

Avstraliyalı yazar alman əfsanə Frans Bekkenbauer haqqında da şok iddia ortaya atıb. O Bekkenbauerin səsvermə zamanı Avstraliyanı dəstəkləməsinin ardında sözügedən ölkənin rəhbərlərindən külli miqdarda rüşvət aldığını bildirib. (fanat.az)


Facebook-da paylaş

Xəbəri paylaş