Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"İkardi İquayndan daha yaxşı hücumçudur"



“İnter”in keçmiş futbolçusu İvan Samorano, sabah baş tutacaq “İnter” - “Milan” matçı ilə bağlı açıqlama verib. Sabiq forvard İtaliya mətbuatına açıqlamasında derbidə “İnter”in qalib olacağını deyib:

“Derbilərdə heç vaxt favorit olmur, 90 dəqiqə meydanda döyüş olur. Məncə, “İnter” bu matçdan qalib ayrılacaq. Oyunda adından söz etdirəcək futbolçu isə Mauro İkardi olacaq.

İkardinin Qonsalo İquayndan daha yaxşı hücumçu olduğunu düşünürəm. İkardi haqda yalnız xoş şeylər danışmaq olar. O, bir kapitan olaraq komandasını meydana çıxaracaq və qələbə qazandıracaq”.

“İnter” - “Milan” matçı sabah, saat 22:30-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş