Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


İdman ictimaiyyətinin bir qrupu cəbhədə əsgərlərimizlə görüşdü



Məlum olduğu kimi, bu ilin sentyabr ayının 27-dən etibarən işğalçı Ermənistan dövləti tərəfindən ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş yeni təxribatlar həyata keçirilir.


Buna qarşı da Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü qorumaq məqsədilə şanlı Ordumuz tərəfindən əks-hərbi əməliyyatlar başalyıb. Hazırda düşmən təxribatının qarşısı alınır və hərbi əməliyyatlar bu gün də uğurla davam etdirilir.


Davam edən döyüşlərdə əsgərlərimizə mənəvi dəstək olmaq üçün bu günlərdə bir çox idman federasiyaları və BrendSport.az saytının təşkilatçılığı ilə​ idman ictimaiyyətinin üzvlərindən ibarət bir qrupu cəbhə bölgəsinə səfər ediblər.


Eyni zamanda, səfər çərçivəsində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbi ilə birlikdə də "Qarabağ əsgərinə məktub" layihəsinə start verilib. Belə ki, şagirdlər ürək sözlərini yazaraq əsgərlərimizin yanında olduqlarını və onalara güvəndiklərini bildiriblər.​


Əsgərlərlə görüşə “Azərbaycan İdmançıları” İctimai Birliyi, Peşakar Boks Federasiyası, 1 nömrəli Olimpiya Ehtiyatları Uşaq Gənclər Məktəbi, “Cəngi” İdman Klubunun üzvləri və BrendSport.az saytının əməkdaşları qatılıblar.



Qəhrəman əsgərlərimizlə görüşdə Azərbaycan Respublikasının “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi”, “Olimpiya” və "Şöhrət" ordenli, "Tərəqqi" medallı, əməkdar məşqçi, olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifov ordumuzun şücaətindən, onlarda olan ruh yüksəkliyindən ​ danışaraq, ordumuza Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin və bütün Azərbaycan xalqının güvəndiyindən söz açmış, əsgərlərimizə Qarabağ zəfəri arzulamışdır.


İdman ictimaiyyətinin əsgərlərlə görüşünə ölkəmizdə fəaliyyət göstərən bəzi şirkətlər də öz töhfələrini vermişdir. ​ Onlardan “FBİ Corporation F.M.D.İ Azerbaijan” MMC-ni, ​ ​ “İslamoğlu” un məmulatlarını, “Az-Granata”nın “Vita100” suları və şirələrini, “Soel” parfum şirkətlərini , "CafePark" restoranlar şəbəkəsinidə göstərmək olar.


Eyni zamanda, Sumqayıt şəhərində yerləşən “Unikal” klinikasının həkimi Lalə Piriyeva, “Sumqayıt Hüquq” MTK-nin meneceri Pərvin Abıyeva, Peşəkar Boks Federasiyasının vitse-prezidenti və 1 nömrəli Olimpiya Ehtiyatları Uşaq Gənclər və idman məktəbinin direktoru boks üzrə Dünya çempionu Fərhad Acalov, rejissor-aktyor Elçin İmanov, Təranə Qasımova, Muğbil Alışov, BrendSport.az saytının əməkdaşları ​ Dönməz Abbasov, Bəhruz Səmədov və menecer Yeganə Bağırova da əsgərlərimizə dəstək olanlar arasında yer alıblar.


Əsgərlərimizlə görüşdən xoş əhvali-ruhiyyə ilə qayıdan təşkilatçılar bu cür səfərlərin bundan sonra da təşkil oluması barədə yekdil fikrə gəliblər.

Qeyd: Növbəti səfərimizidə bu həftənin sonuna planlaşdırırıq.




Facebook-da paylaş