Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Real" Neymar transferini reallaşdırır: 450 milyon avro...



"Real"ın Neymarı transfer edəcəyi ilə bağlı iddialar günü-gündən güclənir. İspaniya mediası transferlə bağlı yeni məlumatlar yayıb,

"Real"ın Neymarı transfer etmək istəməsi ilə bağlı ilk xəbəri yayan "Diario Gol" yeni iddia ilə çıxış edib. Sayt yazır ki, klub prezidenti Florentino Peres artıq braziliyalı ulduzla müqavilənin bütün detallarını razılaşdırıb.

Xəbərdə həmçinin bildirilir ki, Neymar PSJ rəhbərliyinə iki il ərzində Çempionlar Liqasını və "Ballon d'Or"u qazanmasa, komandanı tərk edəcəyi deyib. "Diario Gol" iddia edir ki, "Real" əsrin transferi adlanan bu keçidi reallaşdırmağa çox yaxındı.

Qeyd edək ki, PSJ Neymarı bu yay "Barselona"dan 222 milyon avroya transfer edib. "Real"ın isə onun transferinə 450 milyon avro sərf edəcəyi deyilir. (fanat.az)


Facebook-da paylaş

Xəbəri paylaş