Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Bunun gələcəyi yoxdu” – Aleksander Çeferin



“Avropa çempionatının final mərhələsinin 13 ölkədə keçirilməsi səhv qərar idi. Bu hal bir daha təkrarlanmayacaq”. Bu sözləri UEFA-nın prezidenti Aleksander Çeferin deyib.

Almaniyanın “Kikker” nəşrinə açıqlama verən sloveniyalı funksioner AVRO-2020-nin final mərhələsinin yaratdığı çətinlikləri açıqlayıb: “Biz özümüzə həddən artıq problem yaratdıq. Əsas çətinliklər texniki və material təminatı ilə bağlıdı. Üstəlik, yarışı qəbul edən ölkələrdə fərqli valyutaların olması da əlavə çətinlikdi. Avropanın simvolik şəkildə birləşdirilməsi ideyası çox xoş idi. Lakin bu modelin gələcəyi yoxdu”.

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsini qəbul edəcək şəhərlərdən biri də Bakıdı. (Apasport.az)


Facebook-da paylaş