Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Biz bu matçda üç xal qazanmağı düşünürük" – “Roma”nın oyunçusu

“Biz bu matçda üç xal qazanmağı düşünürük"

"Qrupumuz çətindir. Lakin biz məsuliyyətimizi dərk edirik". Bu sözləri "Roma"nın müdafiəçisi Juan Jesus Çempionlar Liqasındakı yer aldıqları qrupu dəyərləndirərkən deyib.

İtaliya mətbuatına danışan braziliyalı 26 yaşlı oyunçu "Qarabağ"ın qrupun sürpriz komandası olduğunu bildirib: "Çelsi", "Atletiko"nun gücünü hamı bilir. Sürpriz komanda "Qarabağ"dır. Amma biz öz keyfiyyətlərimizə bələdik. Növbəti mərhələyə adlaya bilərik. Əvvəlcə "Atletiko" ilə oyun var. Biz bu matçda üç xal qazanmağı düşünürük".

O, ÇL-in çətin keçəcəyini bildirib: "Bu gözəl və çətin yarış olacaq. Ancaq mən komanda yoldaşlarıma inanıram. "Roma" üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Roma" C qrupunda "Çelsi", "Atletiko" və "Qarabağ"la birgə mübarizə aparacaq.


Facebook-da paylaş

Xəbəri paylaş