Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Azərbaycanlı futbolçu məşhur Avropa klubunda



"Qəbələ"nin futbolçusu Fərid Nəbiyev karyerasını Çexiyada davam etdirəcək. Gənc futbolçu məşhur "Slaviya" (Praqa) klubuna keçib.

Bu barədə futbolçunun meneceri Vaqif Heydərli məlumat verib. 19 yaşlı futbolçulardan ibarət millimizin kapitanı yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Slaviya" 1892-ci ildə yaradılıb. 124 yaşlı klub oyunlarını Praqadakı 20800 azarkeş tutumu olan "Eden Arena"da keçirir. "Slaviya" 13 dəfə Çexslovakiya, 4 dəfə Çexiya çempionu olub, 7 dəfə ölkə kubokunu qazanıb. Ötən mövsüm çempionluğu bayram edən komanda Çempionlar Liqasının "play-off" mərhələsində mübarizəni dayandırıb. Komanda mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək. A qrupunda yer alan Praqa təmsilçisi "Makkabi" (Təl-Əviv), "Vilyarreal" və "Astana" ilə mübarizə aparacaq.


Facebook-da paylaş