Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Peres Ronaldonun komandanı tərk etməsinə razılaşdı



“Real”ın hücumçusu Kriştianu Ronaldo komandanı yayda tərk edə bilər.

Xarici mətbuatda yayılan xəbərə görə, klubun prezidenti Florentino Peres portuqaliyalı ulduzun mövsümün sonunda başqa komandaya keçməsinə razılıq verib.

“Kral klubu” 2021-ci ilə qədər müqaviləsi olan 32 yaşlı futbolçu üçün 1 milyard avro təzminat tələb edir. Ronaldo isə klubdan onu 100 milyon avrodan baha satmamasını istəyir. Bu mənada tərəflər ortaq məxrəcə gəlməyə çalışırlar.

Qeyd edək ki, Ronaldonun xidmətində PSJ, Çinin “Tyançzin Çyuançzyan” klubu, eyni zaman forvardın sabiq komandası “Mançester Yunayted” maraqlıdır. Hətta sonuncular Aleksis Sançesin transferinə baxmayaraq, Ronaldonu qaytarmağa hazırdırlar. Hətta bir müddət öncə Ronaldonun 400 milyon avro müqabilində “qırmızı şeytanlar”a keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.


Facebook-da paylaş

Xəbəri paylaş