Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ardanın şəxsi mesajları yayıldı

Ardanın şəxsi mesajları yayıldı

“Barselona”dan ayrılacağı deyilən Arda Turanın yeni klubu barədə iddialar bitib-tükənmək bilmir.

Son vaxtlar Türkiyə millisinin üzvünün sabiq komandası “Qalatasaray”a qayıdacağı barədə xəbərlər də gündəmi zəbt etmişdi. 30 yaşlı futbolçu İstanbul təmsilçisinin “tvitter”dəki azarkeş səhifələrindən biri ilə əlaqə yaradaraq, sabiq komandasına gəlməyəcəyini bildirib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Belə ki, “Forza Cimbom” səhifəsi Ardanın onlara “narahat olmayın, “Qalatasaray”a gəlməyəcəm” yazdığını iddia edib. Səhifənin “bu yazışmanı paylaşa bilərik” sualına Arda “yox, qardaşım, bu, özəl yazışmadı” cavabını verib.

Buna görə, səhifə Arda ilə söhbətin bütün detallarını açıqlamayıb.


Facebook-da paylaş

Xəbəri paylaş