Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



La Liqa: "Barselona" və "Real Madrid" 14-cü turda xal itiriblər



Futbol üzrə İspaniya çempionatının - La Liqanın 14-cü turunda "Barselona" və "Real Madrid" xal itiriblər.

Çempionatın lideri "Barselona"nın doğma meydanda "Selta Viqo" ilə qarşılaşmada xal itirməsindən (2-2) sonra "Real Madrid" də Bilbao səfərində bir xalla kifayətlənməli olub. Bu şəhərin "Atletik" komandasının qonağı olan Zinəddin Zidanın yetirmələri üstün oyun nümayiş etdirsələr də, fərqlənə bilməyiblər. Matç qolsuz heç-heçə ilə başa çatıb: 0-0.

Görüşün 86-cı dəqiqəsində kral klubunun kapitanı Serxio Ramos qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını meydanda sayca azlıqda qoyub.

La Liqanın 14-cü turunun gün ərzində oynanılan digər qarşılaşmalarında "Atletiko Madrid" doğma meydanda "Real Sosiedad"ı 2-1, "Sevilya" isə "Deportivo La Korunya"nı 2-0 hesabı ilə məğlub edib. "Malaqa"-"Levante" görüşündə isə hesab açılmayıb.

Hazırda Kataloniya təmsilçisi 36 xalla çempionatın vahid lideridir. Bir oyun az keçirən "Valensiya" 31 xalla ikinci, "Atletiko Madrid" isə 30 xalla üçüncüdür. Eyni xal toplayan "Real Madrid" dördüncü, "Sevilya" isə beşinci sırada qərarlaşıb.

Lider "Barselona"nın ən yaxın təqibçisi "Valensiya" dekabrın 3-də "Getafe" klubunun qonağı olacaq. Valensiyalılar qalib gələcəkləri təqdirdə liderlə xal fərqini ikiyə endirəcəklər.


Facebook-da paylaş

Xəbəri paylaş