Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DÇ-2018: İlkin püşkatmanın nəticələri açıqlandı





FİFA-nın kanalında DÇ-2018-in püşkatmasının qeyri-rəsmi nəticələri açıqlanıb. Dekabrın 1-də baş tutacaq rəsmi püşkatmadan 3 gün öncə qrupların təxmini tərkibi videorolikdə əksini tapıb.

Təşkilatçıların Moskvada keçiriləcək tədbirə hazırlıq məqsədilə gerçəkləşdirdiyi qrup bölgüsü ən çox meydan sahiblərinin ürəyincə olub. Şimal qonşularımız İsveçrə, Misir və Avstraliyaya rəqib olub.

Düzdü, bu bölgü qeyri-rəsmi olsa da, tarixdə qrupların ilkin tərkibinin mərasimdə də təkrarlanması nümunələri az deyil. Böyük ehtimalla yenə də oxşar, hətta eyni tərkibli qruplara təsadüf olunacaq.

A qrupu: Rusiya, İsveçrə, Misir, Avstraliya
B qrupu: Braziliya, Kosta-Rika, Xorvatiya, Yaponiya
C qrupu: Polşa, Kolumbiya, Serbiya, İran
D qrupu: Portuqaliya, Koreya, İspaniya, Seneqal
E qrupu: Belçika, İslandiya, Peru, Panama
F qrupu: Almaniya, Danimarka, Uruqvay, Nigeriya
G qrupu: Argentina, Mərakeş, Meksika, İsveç
H qrupu: Fransa, Tunis, Səudiyyə Ərəbistanı, İngiltərə.

Apasport.az


Facebook-da paylaş

Xəbəri paylaş