Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Baku Open-2017” festivalında 100-dən çox şahmatçı iştirak edəcək



Noyabrın 12-dən 21-dək “Baku Open-2017” şahmat festivalı keçiriləcək. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr edilən festivalın turnirləri iki qrupda – open və uşaqlar arasında təşkil ediləcək.

Open turnir noyabrın 12-dən 21-dək Novxanıda “AF” otelində, uşaqlar arasında turnir isə noyabrın 11-dən 20-dək Respublika Şahmat Mərkəzində keçiriləcək.

Festivalda iştirak etmək üçün 8 ölkədən, o cümlədən Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Monqolustan, Pakistan, Rusiya və Ukraynadan 100-dən çox şahmatçı müraciət edib. Turnirin baş hakimi beynəlxalq dərəcəli arbitr Nurəli Məmmədzadədir.


Facebook-da paylaş

Xəbəri paylaş