Əsas Səhifə > Dünya idmanı > “Baku Open-2017” festivalında 100-dən çox şahmatçı iştirak edəcək
“Baku Open-2017” festivalında 100-dən çox şahmatçı iştirak edəcək3-11-2017, 23:39 |
Noyabrın 12-dən 21-dək “Baku Open-2017” şahmat festivalı keçiriləcək. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr edilən festivalın turnirləri iki qrupda – open və uşaqlar arasında təşkil ediləcək. Open turnir noyabrın 12-dən 21-dək Novxanıda “AF” otelində, uşaqlar arasında turnir isə noyabrın 11-dən 20-dək Respublika Şahmat Mərkəzində keçiriləcək. Festivalda iştirak etmək üçün 8 ölkədən, o cümlədən Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Monqolustan, Pakistan, Rusiya və Ukraynadan 100-dən çox şahmatçı müraciət edib. Turnirin baş hakimi beynəlxalq dərəcəli arbitr Nurəli Məmmədzadədir. Geri qayıt |