Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA-nın ayırdığı vəsait “Qarabağ”ın hesabına köçürülüb

UEFA-nın ayırdığı vəsait “Qarabağ”ın hesabına köçürülüb


UEFA Ağdamın “Qarabağ” futbol klubu üçün Avropa Liqasının qrup mərhələsində iştiraka və son 10 il ərzində göstərdiyi nəticələr ilə əlaqədar maliyyə vəsaiti ayırıb.
BrendSport.az xəbər verir ki, vəsait AFFA-nın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.
UEFA Azərbaycan çempionuna Avropa Liqasının qrup mərhələsində iştiraka görə 2 milyon 750 min, 10 illik nəticələrə əsasən isə 1 milyon 214 min 310 avro vəsait ödəyib.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının “I” qrupunda mübarizə aparır. Ağdam klubu ilk matçında Təl-Əvivdə İsrailin “Makkabi” komandasına 0:1 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda ikinci turda İstanbulda İspaniya “Vilyarreal”ına məğlub olub - 1:3


Facebook-da paylaş

Xəbəri paylaş