Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



UEFA-nın təşkilatçılığı ilə Bakıda seminar keçirilib



Martın 6-da Bakıda “Futbol matçları zamanı təhlükəsizlik və mühafizə məsələləri”, Azərbaycan Premyer Liqası və Birinci Divizionda mübarizə aparan futbol klublarının daxilində təhlükəsizlik tədbirlərinin inkişafı və “Avro-2020”nin Bakı şəhərində təşkilinin təhlükəsizlik məsələlərinə dair UEFA rəhbərliyi altında seminar keçirilib.

BrendSport.az xəbər verir ki, klubların lisenziyalaşdırılması qaydalarının tələblərinə əsasən, klublarda ixtisaslı təhlükəsizlik xidmətinin rəisi və azarkeşlərlə əlaqələndirici şəxslər çalışmalıdır və bu seminar qeyd olunan əməkdaşların maarifləndirilməsinə də həsr olunub.

Seminarda beynəlxalq və daxili oyunlar zamanı stadionlarda təhlükəsizlik məsələlərinə cavabdeh olan aidiyyəti dövlət qurumlarının əməkdaşları, Bakı Olimpiya Stadionunun nümayəndələri, Premyer Liqa və I Divizion klublarının əməkdaşları, fan klub nümayəndələri, AFFA və PFL nümayəndələri, həmçinin “Avro-2020” Yerli Əməliyyat Qrupunun nümayəndələri iştirak ediblər.

UEFA-nın təhlükəsizlik departamentinin əməkdaşları olan Tomas Stefen, Mark Timmer, Rostas Qerqeli və Frosdik Stefen oyun zamanı meydançaya basqın, qadağan edilmiş şüarların səsləndirilməsi və bannerlərin yerləşdirilməsi, pirotexniki vasitələrdən istifadə və onun istifadəçiləri, Avropa futbolunda pirotexniki vasitələr problemi, pirotexniki vasitələrin növləri, sağlamlıq və təhlükəsizlik məsələləri, azarkeşlərlə əlaqələndirici şəxslərin vəzifələri, fövqəladə hallar zamanı kütlənin idarə olunması, ekspertlərin hesabatları və s. mövzular üzrə müxtəlif təqdimatlarla çıxış ediblər.


Facebook-da paylaş