Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Avropa Kiber İdman Federasiyasının təsis konfransında təmsil edilib



Brüsseldə, Avropa Parlamentinin binasında Avropa Kiber İdman Federasiyasının (EEF) təsis konfransı keçirilib. Tədbir çərçivəsində təşkilatın prezidenti, federasiyanın idarə heyətinin və müşavirə komitəsinin üzvləri vəzifələrinə seçkilər keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, tədbirdə ölkəmizi Azərbaycan Kiber İdman Federasiyasını (AzKİF) prezidenti Ramil Əliyev təmsil edib. İclasda R.Əliyev Avropa Kiber İdman Federasiyasının müşavirə komitəsinin üzvü seçilib.
Konfrans kiber idman hərəkatının Avropada inteqrasiyası üçün baza yaratmaq imkanı təmin edib. İndi bu təşkilat əsas kiber idman turnirlərinin keçirildiyi Avropa ölkələri federasiyalarının yarıdan çoxunu sıralarında birləşdirir.

Avropa Kiber İdman Federasiyasının prezidenti vəzifəsinə Almaniya Kiber İdman Federasiyasını (ESBD) təmsil edən Xans Yaqnov seçilib. Səsvermə yolu ilə EEF-in idarə heyətinin və həmçinin təftiş funksiyası olan müşavirə komitəsinin digər üzvləri də müəyyənləşib. Ramil Əliyevlə yanaşı, Konstantin Surkont (Rusiya), Boban Totovski (Makedoniya), Balaş Biro (Macarıstan) və Sami Bessi (Belçika) üzv seçiliblər.

Təsis konfransında, həmçinin Avropa Kiber İdman Federasiyasının tamhüququlu üzvləri olan ölkələrin siyahısı müəyyənləşib. Avstriya, Azərbaycan, Belarus, Belçika, Macarıstan, Almaniya, Gürcüstan, Danimarka, İsrail, İtaliya, Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Ukrayna, Finlandiya, Çexiya, İsveç və Böyük Britaniya təşkilatın assosiativ üzvü olublar. Bununla yanaşı, bir neçə qurum da müşahidəçi üzvlük statusu əldə ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş