Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İspaniya La Liqası: “Barselona” bir dəqiqəyə vurduğu iki qolla qələbə qazanıb

İspaniya La Liqası: “Barselona” bir dəqiqəyə vurduğu iki qolla qələbə qazanıb
Aprelin 6-da futbol üzrə İspaniya La Liqasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib.

BrendSport.az xəbər verir ki, Madrid təmsilçisi “Atletiko” səfərdə turnir cədvəlinin hazırkı lideri “Barselona” komandasının qonağı olub.
“Nou Kamp” stadionunda baş tutan görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalan birinci hissədə hesab açılmayıb.
Matçın ikinci hissəsinin 85-ci və 86-cı dəqiqələrində meydan sahibləri iki qol vuraraq oyunda qələbə qazanıb.
Bu qələbə sayəsində “Barselona” 62 xalla ikinci pillədə qərarlaşan “Atletiko Madrid”ən 11 xal öndədir.


Facebook-da paylaş

Xəbəri paylaş