Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Çempionlar Liqasında cavab oyunları keçirilir - Yenilənir



Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start veriləcək.

İlk oyun günündə 3 qarşılaşma keçiriləcək.

AEK öz meydanında “Videoton”u qəbul edəcək. İlk görüşdə səfərdə qələbə qazanan Yunanıstan klubu mərhələ adlamağa çox yaxındır.

Zaqreb “Dinamo”su doğma divarlar arasında “Yanq Boyz”la üz-üzə gələcək. İsveçrədə keçirilən ilk görüşdə tərəflər 1:1-lik bərabərliyə razılaşıblar. Qrup mərhələsinə yüksəlmək üçün “Dinamo”ya qolsuz heç-heçə də bəs edir.

Kiyev “Dinamo”su isə “Ayaks”la qarşılaşacaq. Amsterdamda meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılan kiyevlilərin mərhələ adlamaq şansı elə də yüksək dəyərləndirilmir.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

28 avqust


23:00. AEK (Yunanıstan) - “Videoton” (Macarıstan)
İlk oyun - 2:1

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Yanq Boyz” (İsveçrə)
İlk oyun - 1:1

23:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Ayaks” (Hollandiya)
İlk oyun - 1:3

29 avqust

23:00. PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya)
İlk oyun - 1:1

23:00. PSV (Hollandiya) - BATE (Belarus)
İlk oyun - 3:2

23:00. “Zalsburq” (Avstriya) - “Srvena Zvezda” (Serbiya)
İlk oyun - 0:0


Facebook-da paylaş