Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Milan"ın futbolçusu "Trabzonspor"da



“Trabzonspor” “Milan”ın futbolçusu Xose Sosanı transfer edir.

Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 32 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanacaq.

Bu transfer üçün “Trabzonspor”un qarşı tərəfə 3,5 milyon avro ödəyəcəyi iddia edilir.

Qeyd edək ki, İtaliya klubunun idman direktoru Massimiliano Mirabelli də yerli mətbuata açıqlamasında Türkiyə klubu ilə anlaşdıqlarını təsdiqləyib. Keçidin yaxın 2 gündə rəsmiləşəcəyi gözlənilir.

Əlavə edək ki, Xose Sosa “Milan”a 2016-cı ildə Türkiyənin digər klubu “Beşiktaş”dan keçib.


Qol.az


Facebook-da paylaş

Xəbəri paylaş