Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fransada sensasiya, İsveç, Hollandiya və Portuqaliya qalib gəldi - NƏTİCƏLƏR

Fransada sensasiya, İsveç, Hollandiya və Portuqaliya qalib gəldi

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının A, B və H qruplarında növbəti oyunlar keçirilib.

A qrupunda ötən turda Fransaya böyük hesabla uduzaraq (0:4) Rusiyada keçiriləcək mundiala qatılmaq şansını bir xeyli çətinə salan Hollandiya, ötən turda evdə İsveçi gərgin mübarizədə məğlub edərək (3:2) bu şansını davam etdirən Bolqarıstanı qəbul edib. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.

Qrup lideri Fransa isə evdə ötən turda Belarusu məğlub edərək (1:0) sensasiyaya imza atan Lüksemburqla qarşılaşıb. Gecənin ən böyük sürprizi də məhz bu görüşdə qeydə alınıb. Fransızlar bu rəqiblə oyunda qolsuz heç-heçəyə razılaşıblar.

B qrupunda Portuqaliya millisi Macarıstanın qonağı olub. Qarşılaşma portuqalların qələbəsiylə bitib. Lider İsveçrə isə səfərdə Latviya ilə üz-üzə gəlib və darmadağına sevinib.

Günün ən maraqla gözlənilən oyunlarından biri isə Pireydə, “Georgios Karaiskakis” stadionunda baş tutub. H qrupunun lideri Belçika ən yaxın izləyicisi Yunanıstanın qonağı olub. “Qırmızı iblislər” bu oyunda qalib gələcəyi və ya qollu heç-heçə edəcəyi (1:1-dən başqa) təqdirdə, DÇ-2018-ə vəsiqəni təmin edəcəkdi. Sözügedən komanda üç qolun vurulduğu oyunda qələbə qazanmaqla bu istəyinə çatıb.

Dünən yağış səbəbindən dayandırılan Xorvatiya - Kosova görüşü də bu gün qaldığı yerdən davam etdirilib. Meydan sahibləri minimal hesabla üstün olublar.

DÇ-2018-in seçmə mərhələsi

3 sentyabr

İ qrupu


Xorvatiya - Kosova 1:0

Qol: Vida, 74.




A qrupu


Belarus - İsveç 0:4

Qol: Forsberq, 18. Niman, 24. Berq, 37. Qrankvist, 84.

Hollandiya - Bolqarıstan 3:1

Qol: Propper, 7; 80. Robben, 67.

Fransa - Lüksemburq 0:0



B qrupu

Farer adaları - Andorra - 1:0

Qol: Rolantsson, 31.

Macarıstan - Portuqaliya 0:1

Qol: A.Silva, 48.

Latviya - İsveçrə 0:3

Qol: Seferoviç, 9. Dzemaili, 55. R.Rodriqes, 58-pen.



H qrupu

Estoniya - Kipr 1:0

Qol: Kaeyt, 90.

Cəbəllütariq - Bosniya və Herseqovina 0:4

Qol: Dzeko, 35; 85. Kodro, 65. Luliç, 83.

Yunanıstan - Belçika 1:2

Qol: Zeka, 73 - Vertongen, 70. Lukaku, 75.



Facebook-da paylaş

Xəbəri paylaş