Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İspaniya İtaliyaya, Türkiyə Ukraynaya qarşı



Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında, D, G və İ qruplarında növbəti oyunlar keçiriləcək.

BrendSport.az xəbər verir ki, günün ən maraqla gözlənilən oyunlarından biri Madriddə baş tutacaq. "Santyaqo Bernabeu" stadionunda G qrupunun liderləri - İspaniya və İtaliya üz-üzə gələcək.

Gecənin ən maraqlı oyunlarından biri də İ qrupunda, Xarkovun "Metallist" stadionunda baş tutacaq. Hazırda 11 xalla 3-4-cü pillələri bölüşən Ukrayna və Türkiyə üz-üzə gələcək. Bu matç hər iki milli üçün ölüm-qalım mübarizəsidi. Belə ki, Xarkovda məğlub olacaq tərəf DÇ-2018 xəyallarının üzərindən böyük ölçüdə xətt çəkəcək.

Dünən C, E, və F qruplarında növbəti oyunlar keçirilib.

Azərbaycan millisi səfərdə Norveç yığması ilə qarşılaşıb və məğlub olub. Millimizin yer aldığı C qrupunun lideri Almaniya yığması Çexiyanın qonağı olub və çətin qələbəyə sevinib. Qrupdakı digər oyunda isə Şimali İrlandiya səfərdə San Marinonu darmadağın edib.

Avqustun 31-də A, B və H qruplarında oyunlar keçirilib.

Günün ən maraqla gözlənilən oyunlarından biri A qrupunda, Parisdə baş tutub. 13 xalla 2-ci pillədə qərarlaşmış Fransa millisi onlardan cəmi 3 xal geri qalan Hollandiya yığmasını qəbul edib. “Narıncılar” mundiala vəsiqə şansını qoruyub saxlamaq üçün bu oyundan mütləq xalla ayrılmalıydı. Lakin fransızlar bu görüşdə 4 cavabsız qolla qalib gəlməklə hollandların şansını heçə endiriblər. Qrup lideri İsveç isə Bolqarıstanın qonağı olub və məğlubiyyətlə üzləşib.

B qrupunun liderləri aşağı pillələrdə qərarlaşmış komandalarla qarşılaşıblar. Lider İsveçrə Andorranı, qrup ikincisi olan Portuqaliya isə Farer adalarını qəbul edib və məğlubiyyətə uğradıb.

H qrupunda isə Belçika millisi evdə aşkar autsayder Cəbəllütariqlə qarşılaşmada 9 cavabsız qola imza atıb.

DÇ-2018-in seçmə mərhələsi

2 sentyabr

D qrupu


20:00 Gürcüstan - İrlandiya

20:00 Serbiya - Moldova

22:45 Uels - Avstriya

İspaniya İtaliyaya, Türkiyə Ukraynaya qarşı

G qrupu

20:00 Albaniya - Lixtenşteyn

22:45 İspaniya - İtaliya

22:45 İsrail - Makedoniya



İ qrupu

20:00 Finlandiya - İslandiya

22:45 Xorvatiya - Kosova

22:45 Ukrayna - Türkiyə



1 sentyabr

C qrupu

Norveç - Azərbaycan 2:0

Qol: Kinq, 32-pen. Rəşad Sadıqov, 59-öz qapısına.

San Marino - Şimali İrlandiya 0:3

Qol: Macennis, 70; 75. Deyvis, 78-pen.

Çexiya - Almaniya 1:2

Qol: Darida, 78 - Verner, 4. Hummels, 88.



E qrupu

Qazaxıstan - Monteneqro 0:3

Qol: Vesoviç, 31. Beçiray, 53. Simiç, 63.

Rumıniya - Ermənistan 1:0

Qol: Maksim, 90.

Danimarka - Polşa 4:0

Qol: Delaney, 15. Kornelius, 42. Yorgensen, 59. Eriksen, 80.



F qrupu

Litva - Şotlandiya 0:3

Qol: Armstronq, 25. Robertson, 30. Makkartur, 72.

Malta - İngiltərə 0:4

Qol: Keyn, 53; 90. Bertrand, 86. Uelbek, 90.

Slovakiya - Sloveniya 1:0

Qol: Nemeç, 81.



31 avqust

A qrupu


Bolqarıstan - İsveç 3:2

Qol: Manolev, 12. Kostadinov, 33. Çoçev, 79 - Lustiq, 29. Berq, 44.

Fransa - Hollandiya 4:0

Qol: Qrizmann, 14. Lemar, 73; 88. Lottin, 90.

Lüksemburq - Belarus 1:0

Qol: Da Mota, 60.



B qrupu

Macarıstan - Latviya 3:1

Qol: Kadar, 6. Szalai, 26. Solovyov, 68 - Frimanis, 40.

Portuqaliya - Farer adaları 5:1

Qol: Ronaldo, 3; 29-pen; 65. Karvalyo, 58. Oliveyra, 84 - Baldvinsson, 38.

İsveçrə - Andorra 3:0

Qol: Seferoviç, 43; 62. Lixtştayner, 67.



H qrupu

Belçika - Cəbəllütariq 9:0

Qol: Mertens, 16. Munye, 18; 61; 67. Lukaku, 21; 38; 84-pen. Vitsel, 27. Hazard, 45.

Kipr - Bosniya və Herseqovina 3:2

Qol: Xristofi, 65. Laban, 67, Sotiriu, 76 - Sunyiç, 33. Visça, 44.

Yunanıstan - Estoniya 0:0



Facebook-da paylaş

Xəbəri paylaş