Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Atası kimi idmançı oldu



Vüsal Hacıyev 1992-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Artıq 1995-1996-ci illərdən, yəni 3-4 yaşından atası tərəfindən idmanın akrobatika, daha sonra isə taekvondo bölmələrinə yazılmışdır.

BrendSport.az xəbər verir ki, atası Mübariz Hacıyev yunan-roma güləşi üzrə SSRİ dövründə dəfələrlə çempion olmuşdur. Vüsal Hacıyev çox keçməden idmanın sirrlərinə yiyələnir, respublikada və müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr əldə edir.

Atasının xəstəliyi ilə əlaqədar bir muddət idmandan kənarda qalsa da, sonradan idmana qayıdır. 2011-ci il yanvar ayında həqiqi hərbi xidmətə gedir və 2012-ci ilin iyul ayında hərbi xidməti bitirdikdən sonra məşqlərə davam edir.

İdmana yenidən həvəslə başlayan Vüsal, çox keçmədən 2-ci dan qara kəmər sahibi olur və 2013-cu ildən məşqci kimi fəaliyyət göstərməyə başlayır. “Bakılı” Taekvondo Klubunun baş məşqçisi və direktorudur.

Alxas







Facebook-da paylaş

Xəbəri paylaş